Rusiya baş nazirinin müavini Azərbaycana səfər edəcək

Rusiya baş nazirinin müavini Azərbaycana
Siyasət 03-10-2025 - 16:13

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri planlaşdırılır.

Ajans.az xəbər verir ki,verilən məlumata görə,onun Bakıya səfəri oktyabrın 13-14-nə nəzərdə tutulub. Hazırda səfərin təfərrüatları üzərində iş aparılır.

Aleksey Overçukun səfəri çərçivəsində Bakıda Azərbaycan, Rusiya və İran arasında keçiriləcək üçtərəfli görüşdə iştirakı gözlənilir.

Üçtərəfli görüşdə İranı nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq təmsil edəcək.

 

Leyla Bayandurlu
Vəzifəsi: Müxbir
PAYLAŞ: