Rusiya atəşkəs üçün müəyyən şərtlər irəli sürür - DETALLAR

Rusiya atəşkəs üçün müəyyən şərtlər irəli sürür -
Dünya 15-05-2025 - 16:29

Həm Rusiya, həm də Ukrayna atəşkəs istəyir, lakin tərəflər bu məsələyə fərqli mövqelərdən yanaşırlar.

"Ajans.az" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən NATO xarici işlər nazirləri qeyri-rəsmi toplantısının mətbuat konfrasında bildirib.

"Ukrayna qeyri-şərtsiz atəşkəs tələb edir, Rusiya isə atəşkəs üçün müəyyən təkliflər irəli sürür. İstanbul görüşünə qədər tərəflərin mövqeləri bu şəkildədir. Lakin bu cür görüşlərin əsas məqsədi mövqelərin yaxınlaşdırılması və bunun üçün təbii ki, qarşılıqlı şəkildə güzəştə getməkdir. Vasitəçi olaraq biz o cümlədən amerikalı diplomatlar aktiv şəkildə çalışırıq. Bildiyiniz kimi, hazırda Türkiyə Prezidenti ilə Ukrayna Prezidenti arasında görüş davam edir. Biz hamımız dayanıqlı və ədalətli sülh naminə səylərimizi davam etdirəcəyik",- o qeyd edib.

PAYLAŞ: