Rusiya ABŞ-yə diplomatik xəritə TƏQDİM ETDİ

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev bildirib ki, Moskva Vaşinqtona Rusiyanın ABŞ ərazisindəki diplomatik mülklərinin qaytarılması üçün yol xəritəsi verib. O, həmçinin xatırladıb ki, Amerika hakimiyyəti ümumilikdə altı diplomatik mülkü ələ keçirib.
Ajans.az xəbər verir ki, bu barədə Darçiyev jurnalistlərlə söhbətində danışıb.
“Geri qaytarılması ilə bağlı danışıqlar prosesinə start verilib... Amerika tərəfinə real vaxtları olan "yol xəritəsi" verilib”, - Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib. Səfir əlavə edib ki, yol xəritəsində dəymiş ziyanın yoxlanılması və qiymətləndirilməsi üçün obyektlərə girişin təmin edilməsi tələbi də var.
2016-cı ildə ABŞ prezidenti Barak Obamanın administrasiyası rus diplomatlarının Nyu-York və Merilend ştatlarında Rusiya diplomatik missiyasının əməkdaşları üçün istirahət evi kimi istifadə edilən iki ölkə iqamətgahını bağlayıb. 2017-ci ildə Donald Trampın ilk prezidentlik müddətinin başlamasından sonra ABŞ-də Rusiyanın San-Fransisko, Sietl və Nyu-Yorkdakı konsulluqları, habelə ticarət nümayəndəlikləri bağlanıb.
Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri Rusiya və ABŞ hakimiyyəti ikitərəfli münasibətləri normallaşdırmaq üçün iki görüş keçirib. Aprelin 10- da baş tutan ikinci danışıqlardan sonra tərəflər müsadirə edilmiş Rusiya diplomatik əmlakına dair yol xəritəsinin hazırlanması və diplomatların səyahət rejiminin sadələşdirilməsi barədə razılığa gəliblər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.