Rus icmasının rəhbəri Moldovada saxlanıldı

Rus icmasının lideri Valeri Klimenko Moldovanın Kişinyov hava limanında saxlanılıb.
Ajans.az xəbər verir ki, 71 yaşlı Klimenkonun saxlanılması o, Moskvada keçirilən “Avrasiya – Dəyərlər ərazisi” forumundan qayıdarkən baş verib.
İcma rəhbərinin pasportu əlindən alınıb, saxlanmasının səbəbləri açıqlanmayıb.
Klimenko baş verənləri xaos adlandırıb.