Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur
Cəmiyyət
14-10-2025 - 22:51
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
Ajans.az xəbər verir ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Tərlan Əmrahova
Vəzifəsi: Müxbir
Mövzular:
Oxşar xəbərlər
17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: Hazırlıqlar başladı
Cəmiyyət12:58 / 15-11-25