Qubada iki nəfəri "tok" vurdu - Biri öldü

Hadisə
14-05-2025 - 13:45
Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.
Ajans.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.