Qonşu ölkədə manat bahalaşdı
Cəmiyyət
03-10-2025 - 12:53
İranın azad bazarında ABŞ dollarının məzənnəsi rekordunu yeniləyib.
Ajans.az xəbər verir ki, bu haqda Tehran azad bazarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, 1 ABŞ dolları 118 min tüməni keçib.
Eyni zamanda, avro da bahalaşaraq 139 tümənə çatıb.
Azərbaycan manatının qiymətində də artım müşahidə edilib. Hazırda 1 manat 69 min tüməndən baha satılır.