Qəzada azyaşlılar xəsarət alıb

Qəzada azyaşlılar
Hadisə 05-07-2025 - 12:35

Şəkidə iki avtomobil toqquşub.

Ajans.az xəbər verir ki, hadisə bu gün Şəki-Qax yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik avtomobili ilə Göyçay rayon sakini 1979-cu il təvəllüdlü Muradov Anar Neymət oğlunun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili toqquşub. Hadisə zamanı ikisi azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb. Onlar təcili yardım avtomobili ilə Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar.Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: