Qardaş qardaşını qətlə yetirdi

Qardaş qardaşını
Kriminal 03-07-2025 - 13:43

Bakıda 29 yaşlı oğlan qətlə yetirilib.

Ajans.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib.

Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.

Hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

PAYLAŞ: