Qardaş ölkə prezidenti İspaniyaya rəsmisi ilə GÖRÜŞDÜ

Qardaş ölkə prezidenti İspaniyaya rəsmisi ilə
Görüş
Dünya 23-05-2025 - 22:15

Prezident Ərdoğan Qəzzaya görə İspaniyaya təşəkkür etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançesi Dolmabağça sarayında qəbul edib.

Ajans.az xəbər verir ki, Ərdoğan İspaniyanın Qəzzada İsrailin hərəkətlərinə qarşı qətiyyətli mövqeyini yüksək qiymətləndirib.

Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Görüşdə Türkiyə ilə İspaniya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə ilə İspaniya arasında ticarət həcminin artırılması üçün səylərin davam etdiyini, iki ölkənin müdafiə sənayesi və nəqliyyat başda olmaqla bir çox sahədə əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcəklərini bildirib.

İspaniyanın İsrailin Qəzzada törətdiyi soyqırımına qarşı qətiyyətli və şərəfli mövqe nümayiş etdirdiyini bildirən prezident Ərdoğan Türkiyənin prioritetinin Qəzzaya humanitar yardım çatdırmaq olduğunu qeyd edib.

Prezident Ərdoğan Türkiyənin Avropa Birliyinə üzv olması üçün qurumdan konstruktiv addımlar gözlədiyini bildirib.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.