Qarabağın ilk transferinin adı AÇIQLANDI

Qarabağın ilk transferinin adı
futbol
İdman 17-06-2025 - 22:30

“Qarabağ” yeni mövsüm üçün ilk transferini açıqlayıb.

Ajans.az xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltla anlaşıb.

25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu “Torreense”dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

PAYLAŞ: