"Qarabağ"ın futbolçusu dünya çempionatında!
İdman
14-10-2025 - 08:40
Kabo Verde yığması tarixində ilk dəfə dünya çempionatı vəsiqə qazanıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, baş məşqçi Bubiştanın rəhbərlik etdiyi kollektiv Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 1-ci yeri tutub.
Komanda X turda evdə Estavini yığmasını 3:0 hesabı ilə məğlub edərək xallarının sayını 23-ə çatdırıb. İkinci pillədə 19 xalla Kamerun qərarlaşıb.
Qeyd edək ki, Kabo Verde millisinin heyətində "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade, eləcə də "Araz-Naxçıvan"ın üzvü Patrik Andrade də çıxış edir. Hər iki oyunçu Estaviniyə qarşı matçın iştirak ərizəsində yer almayıblar.
Mövzular:
Oxşar xəbərlər
Azərbaycan təmsilçisi jiu-jitsu üzrə dünya çempionatında ikinci oldu - FOTOLAR
İdman21:33 / 15-11-25