“Qarabağ” ”Benfika” səfərində TARİXİ QƏLƏBƏ QAZANDI
İdman
17-09-2025 - 00:53
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunu keçirildi.
Ajans.az xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi tarixi qələbə qazanıb - 3:2.
Qurban Qurbanovun komandasından Leandro Andrade (30-cu dəqiqə), Kamilo Duran (48) və Aleksey Kaşuk (86) fərqləniblər.
Meydan sahibinin heyətində isə Enzo Barreneçea (6), eləcə də Vanqelis Pavlidis (16) adını tabloya yazdırıb.
Bununla da “Qarabağ” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanıb.