"Qalatasaray" azarkeşləri dönər bıçağı ilə DƏHŞƏT SAÇDI
“Qalatasaray” İzmirdə çempionluğu təmin edərkən, iki azarkeş dönər bıçaqları ilə şənliyə qatılıb.
"Ajans.az" "Haber Global"a istinadən xəbər verir ki, superliqanın 36-cı həftəsində 2 həftə qala çempionluğu təmin edən "Qalatasaray"ın "Kayserispor" üzərində qazandığı qələbə bütün ölkə daxilində sarı-qırmızılı azarkeşlər tərəfindən bayram edilib.
İzmirdə keçirilən bayram tədbirləri zamanı pərəstişkarları şəhərin ən gur küçə və prospektlərində əllərində bayraqlarla marşlar oxuyublar. Ancaq şənlik zamanı yalnız nəqliyyat vasitələrinə açıq olan Konak tunelində gəzən iki azarkeş diqqət çəkib.
Hələlik şəxsiyyətləri məlum olmayan iki fanat mobil telefonla dönər bıçaqlarını yelləyərək bayram edərkən görüntülənib. Kadrlarda fanatların maşınlarından düşərək piyadaların keçə biləcəyi tuneldən keçdiyi görünür. Yürüşə çıxan azarkeşlər arasında olan iki quldurun bellərindən dönər bıçağı və başqa bir bıçağı çıxararaq ətrafa yellədiyi görüntülənib.