Putindən ABŞ-la bağlı mühüm açıqlama

Dünya
06-07-2025 - 14:54
Rusiya ilə ABŞ arasında münasibətlər tarix boyu yaxşı olub.
Ajans.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Uzun müddətdir ki, bizim ABŞ-la həmişə çox yaxşı və unikal münasibətlərimiz olub. Biz onların Böyük Britaniyadan müstəqillik əldə etmək istəklərini dəstəklədik. Sonra Vətəndaş müharibəsi zamanı Şimalı dəstəklədik. Biz faktiki olaraq silah verdik, pulla kömək etdik", - Putin bildirib.