Putin İsrailə məsləhət verdi

Putin İsrailə
Dünya 21-06-2025 - 12:05

Əgər İsrailin İran və onun nüvə proqramı ilə bağlı hər hansı narahatlığı varsa, onları həll etmək lazımdır, çünki bunun üçün bütün lazımi imkanlar var.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində Sky News Arabia telekanalına müsahibəsində bildirib.

"İsrail rəhbərliyinin hər hansı narahatlığı varsa, o zaman onları həll etmək lazımdır. Fikrimcə, bunun üçün lazımi formalar və imkanlar mövcuddur", - Rusiya lideri qeyd edib.

Putin həmçinin bildirib ki, Rusiya İranın öz nüvə silahını yaratmaq niyyətinə dair sübutlar barədə İsraili dəfələrlə xəbərdar edib. Onun sözlərinə görə, İslam Respublikası dinc məqsədlər üçün nüvə texnologiyasını inkişaf etdirmək hüququna malikdir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: