Prezidentlər Xankəndidə Azərbaycan dilində danışdılar: Dünyaya mühüm MESAJ- CNN Türk

"CNN Türk" kanalında Xankəndində keçirilən görüşdə İlham Əliyev və Məsud Pezeşkian arasında baş verən söhbət və onun siyasi əhəmiyyəti müzakirə olunub.
Ajans.az xəbər verir ki, Türkiyənin "CNN Türk" kanalında Prezident İlham Əliyev və Məsud Pezeşkian arasında Xankəndidə baş tutan söhbətləri müzakirə olunub. İlham Əliyev və Pezeşkian görüşü, görüşün keçirilmə yeri və vaxtının mühüm əhəmiyyətlərindən danışıblar. Həmçinin keçirilən görüşlərin dünyaya ötürdüyü mesajlar müzakirə edilib.
Canlı yayımda Azərbaycandan Ajans.az xəbər portalının rəhbəri, tanınmış jurnalist Tural Müseyibov, Abdulkadir Selvi və Mehmet Okkan ekspert kimi iştirak edib.
Baş verənlərlə bağlı Tural Müseyibovun şərhi diqqət çəkib.
Ətraflı videoreportajda: