Prezident Fərman İmzaladı: Əmək pensiyaları haqqında...

Prezident Fərman İmzaladı:
Prezident
Siyasət 17-06-2025 - 21:30
 1405

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Ajans.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 198-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228 (Cild I) 2.2-ci bəndində “və 22.3-cü maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.

PAYLAŞ: