Pezeşkian növbəti dəfə bu ölkəyə SƏFƏR EDƏCƏK

Pezeşkian növbəti dəfə bu ölkəyə
Pezeşkian
Dünya 10-06-2025 - 20:00

İran Prezidenti Məsud Pezeşkian bu ayın sonunda Belarusa rəsmi səfər edəcək.

Ajans.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov tələbələrlə görüşündə açıqlama verib.

"Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının 26-27 iyunda keçiriləcək iclası çərçivəsində İran prezidentinin ölkəmizə səfəri olcaq. Onun iqtisadi forumda iştirakı həm də rəsmi səfəri ilə birləşdiriləcək", - Belarus XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Tehran və Minsk bir çox beynəlxalq məsələlərə eyni gözlə baxırlar. Bundan əlavə, İran Belarus üçün logistika və Belarus mallarının çatdırılması baxımından vacibdir.

"Biz İrandan keçən Şimal-Cənub Dəhlizinin inkişafını yaxından izləyirik, çünki ümid edirik ki, bu, bizim mallarımızı həm Hindistan, həm də Cənub-Şərqi Asiyaya çatdırmaq imkanlarımızı artıracaq", - nazir əlavə edib.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.