Paşinyan onu vəzifəsindən AZAD ETDİ

Paşinyan onu vəzifəsindən
Dünya 18-06-2025 - 10:49

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib.

Ajans.az xəbər verir ki, bu barədə hökumət başçısının sərəncamında bildirilir.

Sənədin mətnində deyilir:

“Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.

Sərəncamda həmçinin Ermənistan Xidmətinin direktor müavini Andranik Simonyanın direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilməsi də nəzərdə tutulur. Abazyanın istefa verməsinin səbəbləri hələlik açıqlanmayıb. Onun bu vəzifəni 2020-ci ilin noyabrından tutduğu məlum olub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: