Paltar asmaq istəyərkən YIXILDI

Hadisə
10-06-2025 - 19:08
Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb.
Ajans.az xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.
1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindənn yıxılıb.
Yaralı Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.