Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Ötən gün qanunsuz saxlanılan
Kriminal 01-07-2025 - 10:56

İyunun 30-da qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 15 tüfəng, 10 patron darağı və 463 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

PAYLAŞ: