Oğul öz anasının meyitini GİZLƏTDİ - Bu ölkədə

Oğul öz anasının meyitini GİZLƏTDİ -
Kriminal 20-05-2025 - 11:57

Yaponiyanın Oita şəhərində polis 93 yaşlı anasının meyitini evinin döşəməsinin altında gizlədərək ölümünü 6 ay ərzində gizlədən 57 yaşlı kişini həbs edib.

Ajans.az xəbər verir ki, bu barədə “Japan Today” yazır.

Yaşlı qadının qohumları 2024-cü ilin dekabrında polisə müraciət edərək, nə onunla, nə də oğlu Tadahiro Ono ilə əlaqə saxlaya bilməyəcəklərini bildiriblər. 2025-ci il may ayının ortalarında hüquq-mühafizə orqanlarının əməkdaşları evdə axtarış aparıb və döşəmənin altından skelet tapıblar. Mütəxəssislər qalıqların 2024-cü ilin oktyabr-dekabr ayları arasında gizlədildiyini müəyyən ediblər. Kişi anasının cəsədini gizlədənin özü olduğunu etiraf edib.

Onun hərəkətlərinin səbəbləri hələlik məlum deyil. Polis saxlanılan şəxsin işləmədiyini müəyyən edib və ehtimal edir ki, o, anasının pensiyasını almağa davam edə bilərdi. Kişinin mümkün cəzası barədə məlumat yoxdur.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: