Reklam resmi
Reklam resmi

İlon Mask: "Yanğınların səbəbi iqlim dəyişikliyi deyil"

İlon Mask: \"Yanğınların səbəbi iqlim dəyişikliyi deyil\"
Gündəm

Kaliforniyanın Los-Anceles şəhərində yanğınların yayılmasının əsas səbəbi iqlim dəyişikliyi deyil, hakimiyyət orqanlarının səhlənkarlığıdır.

 Ajans.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əgər iqlim dəyişikliyi ilə bağlı izahatlar doğru olsaydı, meşə sahəsi Kaliforniyadan iki dəfə böyük olan Texasda iki dəfə çox ev yanğınları baş verərdi", - deyə sahibkar bildirib.

O qeyd edib ki, Kaliforniya ştatının hakimiyyət orqanları təbii yanğınlara hazır deyil:

"Bölgədə yanğından mühafizə vasitələri və kifayət qədər su ehtiyatı yox idi".

Mask əmindir ki, bu, dəhşətli səhlənkarlığın təzahürüdür.

Digər Xəbərlər