Reklam resmi
Reklam resmi

Dövlət sərhədinin pozulmasına görə 514 nəfər saxlanılıb

Dövlət sərhədinin pozulmasına görə 514 nəfər saxlanılıb
Cəmiyyət

Ötən il dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500, axtarışda olan 3 726 nəfər saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.

Ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfərin müəyyən edilib. Terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfər saxlanılıb.

Mövzular:
Dövlət sərhədinin pozulması

Digər Xəbərlər