Reklam resmi
Reklam resmi

Naxçıvanda bir neçə obyektin fəaliyyəti dayandırıldı

Naxçıvanda bir neçə obyektin fəaliyyəti dayandırıldı
Gündəm

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, dairəvi yolun 1-ci kilometrliyində fəaliyyət göstərən kafelərdə həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı normativ tələblərin pozulduğu məlum olub.

Ajans.az xəbər verir ki, qida obyektlərində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin edilmədiyi aşkarlanıb.

Digər Xəbərlər