Reklam resmi
Reklam resmi

Məşhur biznesmenin qətlində şübhəli bilinən iki nəfər HƏBS EDİLDİ

Məşhur biznesmenin qətlində şübhəli bilinən iki nəfər HƏBS EDİLDİ
Kriminal

Gürcüstanda rusiyalı iş adamının qətlində şübhəli bilinən iki şəxs həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə məlumatı respublikanın Daxili İşlər Nazirliyi yayıb.

“1986 və 1992-ci il təvəllüdlü iki nəfər Viktoru soyub, güllələyib və cinayətin izlərini gizlətmək üçün rusiyalının meyitini Nakra çayına atıblar. Şübhəlilər həbs edilib”, - deyə idarədən bildirilib.

Daxili İşlər Nazirliyi aydınlaşdırıb ki, həmin şəxsləri 16 ildən başlayaraq ömürlük həbs cəzası gözləyir. Onlara qarşı quldurluq, adam öldürmə, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə ittiham irəli sürülüb.

Bundan əvvəl Gürcüstanda Nakra çayında iki silahlı cinayətkar tərəfindən qaçırılan rusiyalının meyitinin tapıldığı məlum olub. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkarlar əvvəlcə Mestiaya gedən iki turisti qarət ediblər. Daha sonra quldurlar həmin şəxsi qaçırıb, güllələyib və cəsədini çaya atıblar.

author picture
Ajans_az Muxbir
Mövzular:
Gürcüstan Rusiyalı biznesmen Qətl Şübhəli Saxlanıldı

Digər Xəbərlər