Reklam resmi
Reklam resmi

Gürcüstanda rusiyalı turisti güllələyib çaya atdılar

Gürcüstanda rusiyalı turisti güllələyib çaya atdılar
Gündəm

Gürcüstanda rusiyalı turist öldürülüb, iki təqsirləndirilən şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə “Arbat Media” məlumat yayıb.

İstintaq müəyyən edib ki, cinayətkarlar yanvarın 5-də Zuqdididən Mestia dağ-xizək kurortuna gedən ər-arvadı qarət edib, onların mobil telefonlarını oğurlayıb və kişini güllələyiblər.

Cinayəti ört-basdır etmək üçün isə mərhumun meyitini çaya atıblar.

Saxlanılanların 33 və 39 yaşı var. Onları 20 ilə qədər və ya ömürlük həbs gözləyir.

Digər Xəbərlər