Reklam resmi
Reklam resmi

Sabiq deputat VƏFAT ETDİ

Sabiq deputat VƏFAT ETDİ
Gündəm

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.

Ajans.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 72 yaşlı eks-deputat Bakıda dünyasını dəyişib.

Mərhum bu gün Kürdəmir rayonunda dəfn ediləcək.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş “Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.

F.Qəribov parlamentin 3-cü və 4-cü çağırış (2005-2015) deputatı olub.

Mövzular:
Milli Məclis vəfat Fərhad Qəribov

Digər Xəbərlər