Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 2025-ci il üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahanların vaxtını açıqlayıb.
Bu barədə Ajans.az-a DİM-dən məlumat verilib.
Bildirlib ki, magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2025-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur. Bundan öncə isə - 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək. Sınaq imtahanları Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında magistraturaya sınaq imtahanları təşkil olunacaq.Sınaq imtahanında iştirak etmək istəyənlər 2024-cü il 25 dekabr saat 10:00-dan 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Mövzular: