Reklam resmi
Reklam resmi

Əsma və Bəşər Əsədin boşanma xəbərləri YALANDIR - KİV

Əsma və Bəşər Əsədin boşanma xəbərləri YALANDIR - KİV
Gündəm

Suriyanın keçmiş lideri Bəşər Əsədin həyat yoldaşı Əsma ilə boşanması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, bu məlumat doğru deyil”, - Kreml nümayəndəsi Əsədin həyat yoldaşından boşanması və Rusiyadakı əmlakının dondurulması ilə bağlı suala belə cavab verib.

Bundan əvvəl “The Jerusalem Post” qəzeti Əsma Əsədin Moskvadakı həyatdan narazı olduğunu və boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazmışdı. Nəşrin məlumatına görə, siyasətçinin həyat yoldaşı Böyük Britaniyadakı vətəninə qayıtmaq niyyətindədir.

author picture
Ajans_az Muxbir
Mövzular:
Bəşər Əsəd Əsma Əsəd Boşanma Təkzib

Digər Xəbərlər