Ofeliya Sənaninin son durumu
Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.
Ajans.az xəbər verir ki, bu barədə APA-ya Xətai Tibb Mərkəzindən məlumat verilib.
"Hazırda vəziyyəti qənaətbəxşdir".
"Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi", - deyə məlumatda bildirilib.
Mövzular: