Reklam resmi
Reklam resmi

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin etdi

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin etdi
Siyasət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.

Ajans.az Bakupost.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.

Xatırladaq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi.

Onu da qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

Mövzular:
Hərbi Dəniz Qüvvələri təyin Zakir Həsənov

Digər Xəbərlər