Reklam resmi
Reklam resmi

ABŞ-də məktəbə SİLAHLI HÜCUM: Xeyli sayda ölü və yaralı VAR

ABŞ-də məktəbə SİLAHLI HÜCUM: Xeyli sayda ölü və yaralı VAR
Kriminal

ABŞ-nin Viskonsin ştatında “Abundant Life” xristian məktəbinə silahlı hücum olub.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ yerli mətbuatı məlumat yayıb. 

Madison polis idarəsindən verilən açıqlamada hücumda ilkin təsbitlərə görə 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, hücum edənin zərərsizləşdirildiyi bildirilib.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Özəl məktəb olan “Abundant Life Christian”, uşaq bağçasından 12-ci sinfə qədər təhsil verir və təxminən 400 şagirdi var.

Qeyd edək ki, ötən il ABŞ-də 349, bu il isə 322 məktəbdə atışma olub. Digər tərəfdən hücum edənin məktəbin şagirdi olduğu və onun da hücumdan sonra özünü güllələdiyi bildirilib.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ Məktəb Silahlı Hücum 5 ölü 5 yaralı

Digər Xəbərlər