Reklam resmi
Reklam resmi

Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı
Hadisə
876

Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.

İlkin araşdırmalardan sonra Y.Cəfərovun maşında özünü güllələyərək intihar etməsi bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mövzular:
Bakı Meyit Güllələnmiş Tapıldı Binəqədi Yalçın Cəfərov

Digər Xəbərlər