Bu şəxslər prokurorluqda qulluğa qəbul edildilər - SİYAHI
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 15 aprel 2024-cü il tarixdə elan edilmiş 26-cı müsabiqəyə yekun vurulub.
Ajans.az xəbər verir ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 70 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün 05 dekabr - 12 dekabr 2024-cü il tarixləri ərzində Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.
Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 13 dekabr 2024-cü il tarixli qərarına əsasən artırılaraq 56 ştat vahidi müəyyən edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 56 namizəd 16 dekabr 2024-cü il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər.
İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.
Müvəffəqiyyət əldə etmiş namizədlərdən 2 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla, müxtəlif medallarla təltif edilib.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin SİYAHISI
№ Soyadı, adı və atasının adı 1. Abbasov Mirrizvan Sədi oğlu 2. Abbasova Nəzrin Kamran qızı 3. Abbaszadə Mədinə İsgəndər qızı 4. Abdullayev Elman Elxan oğlu 5. Aslanov İbrahim Abuzər oğlu 6. Atakişiyeva Şəfa Qəhrəman qızı 7. Axundov Cavanşir İlham oğlu 8. Babakişiyeva Leyla Rövşən qızı 9. Bağırov Əli Murad oğlu 10. Bayramzadə Bahar Rafiq qızı 11. Cəfərov Azər Ariz oğlu 12. Cəfərov Elvin Elçin oğlu 13. Cəfərzadə Fərid Bəşir oğlu 14. Dəmirli Şəbnəm Zahid qızı 15. Dilavərli Əbəlhəsən Dilavər oğlu 16. Eyvazlı Ağa Nadir oğlu 17. Əfəndiyev Tural Namiq oğlu 18. Əhmədov Elman Tacir oğlu 19. Əhmədova Gülər Fəxrəddin qızı 20. Əkbərova Gülnur Şakir qızı 21. Ələkbərova Aysel Ceyhun qızı 22. Əlizadə Qabil Qalib oğlu 23. Əlkərəmov Murad Mürşüd oğlu 24. Əzimov İlkin Natiq oğlu 25. Hacıyev Orxan Həsən oğlu 26. Həsənov Əjdər Şamil oğlu 27. Həsənov Saleh Vaqif oğlu 28. Hüseynli Ümid Taməddin oğlu 29. Hüseynzadə Xalid Xəyyam oğlu 30. İsmayılov Telman Mübarək oğlu 31. Kazımlı Samirə Əlibala qızı 32. Kərimzadə Gülçöhrə İlham qızı 33. Məmmədəliyev Nəriman Rövşən oğlu 34. Məmmədova Aytac Bəhman qızı 35. Məstanov Elsun Rüfət oğlu 36. Mollayev Murad Şahin oğlu 37. Nuriyeva Ülviyyə Elçin qızı 38. Nurməmmədov Səməd Əhməd oğlu 39. Qasımlı Ziya Rövşən oğlu 40. Qasımov Afiq Rafiq oğlu 41. Qasımov Becan Koroğlu oğlu 42. Qəniyev Bəhruz Həsən oğlu 43. Qurbanlı Ləman İsmayıl qızı 44. Rəcəbova Nəzrin Səməndər qızı 45. Rzayev Mirzə Qalib oğlu 46. Rzayeva Xədicə Vilayət qızı 47. Sədirxanov Allahverən Sədirxan oğlu 48. Səfərov Oktay Hafiz oğlu 49. Səyyadlı Nigar Elşən qızı 50. Şamilova Zəhraxanım Fəxrəddin qızı 51. Şəfiyeva Gülşən Eldar qızı 52. Şəldiyev Mikayıl Nəsimi oğlu 53. Şirinli Elvin Eldar oğlu 54. Tağızadə Sənan Vüqar oğlu 55. Vəlizadə Kamal Təbib oğlu 56. Yusifov Kənan Vahid oğlu