Bakıda yol-nəqliyyat hadisəsi olub, işıqfor yararsız vəziyyətə düşüb
Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qəza zamanı 1 ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.
Mövzular: