Reklam resmi
Reklam resmi

"WhatsApp" sabahdan etibarən fəaliyyətini DAYANDIRIR - Bu telefonlarda

\"WhatsApp\" sabahdan etibarən fəaliyyətini DAYANDIRIR - Bu telefonlarda
Maraqlı

“WhatsApp” 2024-cü il dekabrın 9-dan etibarən messencerin “Android” və “iOS” əməliyyat sistemlərinin köhnəlmiş versiyaları olan telefonlarda işini dayandıracağını açıqlayıb.

Ajans.az xəbər verir ki, bu, bütün istifadəçilərə təsir etməyəcək.

“WhatsApp” tərtibatçıları ünsiyyət keyfiyyətini yaxşılaşdırmaq üçün mütəmadi olaraq yeniləmələr edir. 2024-cü il dekabrın 9-dan etibarən messencer “Android” və “iOS” əməliyyat sistemlərinin köhnəlmiş versiyaları olan telefonlarda işini dayandıracaq.

“WhatsApp” “Android” 5.0 və daha yuxarı və “iOS” 12 və daha yuxarı versiyalarla işləyən cihazlarda işləməyə davam edəcək. Köhnə cihazların sahibləri proqram təminatını yeniləməlidirlər.

WhatsApp” ın işləməsi üçün telefonunuz SMS və zəngləri qəbul edə bilməlidir. Cihaz yalnız Wi-Fi üzərində işləyirsə, WhatsApp” işləməyəcək.

Messencerin fəaliyyətini dayandırdığı cihazların sahibləri tərtibatçılardan bildiriş alacaqlar.

author picture
Ajans_az Muxbir
Mövzular:
WhatsApp Messencer Android iOS Əməliyyat sistemi Fəaliyyət

Digər Xəbərlər