Reklam resmi
Reklam resmi

Qubaya QAR YAĞIB - Yolların vəziyyəti necədir? -VİDEO

Qubaya QAR YAĞIB - Yolların vəziyyəti necədir? -VİDEO
Gündəm

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bölgələrdə ən çox qar Quba rayonu ərazisinə düşüb.

Ajans.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü Qubanın Qrız kəndində 9 santimetr olub.

Qrız kəndinə gedən yolda müəyyən çətinlik yaransa da, hərəkət dayanmayıb.

Kənddəki şəlalənin donması ilə bura üz tutan turistlərin sayının artacağı gözlənilir.

Quba 5 saylı Yol İstismar İdarəsinin Sahə rəisi Bilal Sultanov "Xəzər Xəbər"ə bildirib ki, artıq hava mülayimləşib. Xınalıq istiqamətindən Qrız istiqamətində yolda hərəkətdə problem yaranmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mövzular:
Quba yol

Digər Xəbərlər