Reklam resmi
Reklam resmi

“Meydan TV”nin əməkdaşları məhkəmə QARŞISINDA

“Meydan TV”nin əməkdaşları məhkəmə QARŞISINDA
Gündəm

“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır.

Ajans.az xəbər verir ki, iki gün əvvəl saxlanılan jurnalistlər haqda təqdimatlara Xətai Rayon Məhkəməsində baxılır.

İş üzrə 7 nəfər- Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib.

Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Digər Xəbərlər