Reklam resmi
Reklam resmi

Niderland İsveçi məğlub etdi - DÇ-2026

Niderland İsveçi məğlub etdi - DÇ-2026
İdman

2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçirilib.

Ajans.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Niderland ilk hissəni Brobbinin dublu ilə öndə tamamlayıb: 2:0.

İkinci hissəyə də qolla başlayan "narıncı"lar Kodi Qakponun qoluyla hesabı 3:0 edib. 48-ci dəqiqədə fərqlənən Qakpo 6 dəqiqə sonra özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 59-cu dəqiqədə İsveç Elanqanın qoluyla hesab arasındakı fərqi azaldıb. Matçın son dəqiqələrində Niderland daha bir qol vurub. Sammervil hesabı 5:1 edib.

Görüş bu hesabla başa çatıb.

Mövzular:
niderland isveç dç-2026

Digər Xəbərlər