Reklam resmi
Reklam resmi

Azərbaycan və Yunanıstan ali məktəbləri arasında müzakirələr olunub

Azərbaycan və Yunanıstan ali məktəbləri arasında müzakirələr olunub
Xarici siyasət

Yunanıstanın Bakıdakı səfiri Maria Papakonstantinunun Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ilə görüşündə iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediilib.

Ajans.az xəbər verir ki, bu barədə Yunanıstanın Bakıdakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Tərəflər təhsil və mədəniyyət sahələrində Yunanıstan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini nəzərdən keçirib, həmçinin ADU-nun nəzdindəki Yunan Dili və Mədəniyyəti Mərkəzinin əhəmiyyətini vurğulayaraq onun fəaliyyətini genişləndirməyə hazır olduqlarını ifadə ediblər.

Bundan əlavə, tərəflər xüsusilə birgə tədqiqat proqramları çərçivəsində Azərbaycan və Yunanıstan ali məktəbləri arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

M.Papakonstantinu həmçinin Yunan Dili və Mədəniyyəti Mərkəzinə baş çəkib, yunan dilini öyrənən azərbaycanlı tələbələrlə görüşüb.

Mövzular:
Azərbaycan yunanıstan Maria Papakonstantinu müzakirə

Digər Xəbərlər