İki maşın toqquşdu - Yaralılar var
Göyçayda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, Göyçay-Ucar avtomobil yolunda "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Kərimov Xeyrəddin və 1982-ci il təvəllüdlü Dərgahov Qaraxan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara ilkin tibii yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.(metbuat.az)
Mövzular: