Reklam resmi
Reklam resmi

Sosioloq: Uşaqlar 15 yaşından İŞLƏYƏ BİLƏR

Sosioloq: Uşaqlar 15 yaşından İŞLƏYƏ BİLƏR
Cəmiyyət

Azərbaycanda 15 yaşından etibarən yeniyetmələrin müəyyən şərtlərlə işləməsinə icazə verilir

Sosioloq Elçin Bayramov Ajans.az-a açıqlamasında bildirib ki, azyaşlı uşaqların işlədilməsi cəmiyyətin, sosial mühitin və ailələrin üzləşdiyi problemlərin nəticəsidir. ilk növbədə uşaqların erkən yaşda işləməyə məcbur qalmasına səbəb olan amillər aradan qaldırılmalıdır. 

Ekspertin sözlərinə görə, məsələ yaş və səbəb baxımından iki istiqamətdə qiymətləndirilir: 

“15 yaşa qədər uşaqların işlədilməsi, məcburi əməyə cəlb edilməsi qəbuledilməzdi. Bu, qanunla da qadağandır. Belə halların qarşısı mütləq şəkildə alınmalı, buna yol verənlər cəzalandırılmalıdır. Məsələ ilə bağlı qaydalar qanunvericilikdə öz əksini tapır və tətbiq olunur”. 

E.Bayramov vurğulayib ki, qanuni olaraq 15 yaşdan sonra valideynlərin razılığı ilə uşaq yaşına və sağlamlığına uyğun işdə çalışa bilər bilər: 

“Burada əsas məsələ odur ki, bütün uşaqların mütləq ali təhsil alması şərt deyil. Uşaqlar peşə də öyrənə bilərlər. Əsas odur ki, onlar ən azı 9-cu sinfə qədər icbari təhsili başa vursunlar. Bəzi uşaqlar həm təhsil alır, həm də sənət və ya peşə öyrənirlər. Bu, onlara zərər vermir, əksinə, gələcək həyatlarında faydalı olur. Dünyanın bir çox uğurlu insanları da belə yetişib. Bir tərəfdə peşə və sənət öyrənmək məqsədilə çalışan uşaqlar var. Məsələn, hər hansı ustanın yanında, yaxud İT sahəsində təcrübə qazanırlar. Bu fəaliyyət könüllülük əsasında olmalı, ehtiyacdan və məcburiyyətdən qaynaqlanmamalıdır. Uşaqları yaşlarına uyğun şəkildə, sağlamlıqlarına zərər vermədən istedadlarına uyğun peşələrə yönləndirmək mümkündür. Burada məqsəd öyrənməkdir və uşağın sağlamlığına zərər vurmur.” 

Ekspertin sözlərinə görə, 15 yaşdan aşağı uşaqların, xüsusilə də ağır və sağlamlığa zərərli işlərdə çalışdırılması yolverilməzdir: 

“Buna qarşı həm dövlət, həm də cəmiyyət olaraq mübarizə aparmalı, bu halları yaradan səbəbləri aradan qaldırmalıyıq. Sağlam cəmiyyət yalnız bu yolla formalaşa bilər. Təhsilə marağı olan uşaqlar təhsilini davam etdirməlidir. Marağı olmayanlar isə 15-16 yaşdan sonra tədricən peşə və sənət növlərindən birini öyrənə bilərlər. Əsas şərt bunun könüllülük əsasında, yaşa uyğun və sağlamlığa zərər vermədən həyata keçirilməsidir. Belə yanaşma həm uşağın gələcəyinə, həm də cəmiyyətə fayda verir.”

Mövzular:
uşaq əməyi sosioloq. azyaşlı

Digər Xəbərlər