AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Bu barədə Ajans.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra sözügedən marşrutla reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Mövzular: