Reklam resmi
Reklam resmi

Spring Hoteldə məktəblinin ölümü hansı şəraitdə baş verib?

Spring Hoteldə məktəblinin ölümü hansı şəraitdə baş verib?
Gündəm
2509

"Spring Hotel"də öldüyü deyilən məktəbli hansı şəraitdə dünyasını dəyişib?

 Ajans.az hadisəni araşdırıb. 

Baş verənləri dəqiqləşdirmək üçün hotellə əlaqə saxladıq. Lakin hoteldən bildirildi ki, hadisə barədə hər hansı məlumatları yoxdur. Bununla yanaşı, məsələ ilə bağlı açıqlama verə biləcək məsul şəxsin əlaqə nömrəsinin təqdim etmədilər. 

Məktəbli "Spring Hotel" də kiminlə olub? O hansı şəraitdə dünyasını dəyişib? Məktəblinin ölümü ilə bağlı fakt nə zaman aşkar edilib? Sualalrımız cavabsız qaldı. "Spring Hotel" rəsmilərindən açıqlama alacağımıza ümidvarıq. 

Xatırladaq ki, məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, məktəblinin "Spring Hotel"də ölməsi ilə bağlı xəbəri Qafqazinfo.az saytı yayıb.

Mövzular:
Ölüm Şagird

Digər Xəbərlər