Göygöldə 2 azyaşlı göldə batdı
Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb.
Ajans.az xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.
İlkin məlumata görə, suda boğularaq ölənlərdən biri 2017-ci, digəri 2016-cı il təvəllüdlü azyaşlılardır.(apa)
Mövzular: