Reklam resmi
Reklam resmi

Bu marketdə istehlaka yararsız məhsullar AŞKARLANDI

Bu marketdə istehlaka yararsız məhsullar AŞKARLANDI
Cəmiyyət

Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Həsən Nizami oğlu Hüseynova məxsus marketdə yoxlama keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

Bildirilib ki, baxış zamanı satışda "N1 Organik", "Premium" əmtəə nişanlı saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib. İçkilərin orijinaldan fərqli miqdarda doldurulduğu, istehsalçı barədə məlumatların düzgün qeyd edilmədiyi, müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Marketdə qida məhsullarının saxlanma şəraitinə riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.

AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Alkoqollu içkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

AQTA Gəncədə yoxlama apardı, istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

Mövzular:
AQTA Gəncə istehlak yararsız

Digər Xəbərlər