Apellyasiya müraciətləri ÖDƏNİŞLİ OLA BİLƏR
İmtahanlarda apellyasiya müraciətlərinin ödənişli olub-olmaması məsələsi yenidən gündəmə gəlib.
Ajans.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin rəhbərliyi tərəfindən bu istiqamətdə Tarif Şurasına təklif verilməsi ehtimalının olduğu bildirilsə də, hazırda bununla bağlı hər hansı qərar qəbul edilməyib.
Təhsil eksperti Vəfa Vəliyevanın sözlərinə görə, apellyasiya müraciətlərinin ödənişli olması əsassız müraciətlərin sayının azalmasına kömək edə bilər. Ekspert hesab edir ki, bəzi hallarda iştirakçılar nəticələrdən narazı qaldıqları üçün əsaslı səbəb olmadan apellyasiyaya müraciət edir, bu isə əlavə iş yükü yaradır və prosesin uzanmasına səbəb olur.
Mövzular: