Reklam resmi
Reklam resmi

Azərbaycanda əmək qabiliyyətli yaşda nə qədər insan var?

Azərbaycanda əmək qabiliyyətli yaşda nə qədər insan var?
Cəmiyyət

Azərbaycanda əmək qabiliyyətli yaşda olan əhalinin sayı 7,1 milyonu ötüb.

Ajans.az-ın araşdırmasına görə, 2026-cı ilin əvvəlində Azərbaycanda əmək qabiliyyətli yaşda olan əhalinin sayı 7 milyon 135,2 min nəfərə çatıb. Bu barədə rəsmi statistika məlumatlarında qeyd olunub.

Məlumata əsasən, ölkə əhalisinin ümumi sayı 10 milyon 262,4 min nəfər təşkil edir. Beləliklə, əmək qabiliyyətli yaşda olan şəxslər ümumi əhalinin təxminən 69,5 faizini təşkil edir.

Yaş qrupları üzrə bölgüdə ən çox əhali 35-39 yaş qrupunda qeydə alınıb. Bu yaş kateqoriyasında 932,4 min nəfər yaşayır.

Onuda qeyd edək ki, yaşlı əhalinin sayı da artmaqdadır. 65-69 yaşlıların sayı 496,8 min nəfər, 70 və daha yuxarı yaşlıların sayı isə 589,6 min nəfərdir. Ümumilikdə 65 yaşdan yuxarı əhali 1 milyon 86,4 min nəfər təşkil edir.

author picture
Murad Əliyev
Mövzular:
Azərbaycan əmək qabiliyyəti yaşlar əhali

Digər Xəbərlər